Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) qarşılaşın.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medalın sahibi olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli isə Nurməhəmməd Abdullayevə (Qırğızıstan) 7:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.