12:40 09.09.2021 490

\"Kasıbın balası necə və harada məşq etsin?\" - Sərxan Musalı

Tanınmış jurnalist Sərxan Musalı idmanımızdakı problemlərlə bağlı paylaşım edib.   

Fanat.Az xəbər verir ki, Güləş Federasiyasının mətbuat katibi olan idman yazarı "Facebook"dakı səhifəsində "Olimpiadadan sonra idmanımızdakı problemlərdən çox yazıldı. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, seçilən hədəflər problemləri kompleks şəkildə əhatə etmədi" qeydinin ardından bu sahədəki çatışmazlıqları sadalayıb:

1. Valideynlər
Başlıq sizə qəribə gələ bilər. Ancaq həqiqət odur ki, problemin başlandığı yer idmançının valideynidir. Gəlin etiraf edək ki, biz ümumən nizam-intizama meyilli xalq deyilik. Ona görə də davamlı uğur qazanan idmançılarımız çox azdır. 
İdmançını məşqçidən öncə valideyni yetişdirir. Doğru tərbiyə ən birinci şərtdir. Valideyn həm də övladının düzgün qidalanmasına və yuxu rejiminə də nəzarət etməlidir. Aydın məsələdir ki, fastfood, enerji içkiləri, digər zərərli mayelər qətiyyən olmaz. Mümkün qədər təbii (kənd) məhsullardan istifadə etmək lazımdır. Övladını peşəkar və güclü karyeraya malik idmançı görmək istəyən valideyn bacardığı qədər yuxarıdakılara əməl etməlidir. 
Ən azı 15 yaşa qədər uşağı bu rejimdə böyütmək vacibdir. Ondan sonrası isə həmin yeniyetmənin qarşısına qoyduğu hədəfdən asılıdır. 2-3 qat olimpiya çempionu olmağı qarşısına hədəf qoyan idmançı karyerasının sonuna qədər bu qaydada davam edər. Əks halda, elə ilk ciddi uğura görə aldığı pul mükafatından sonra baş gicəllənməsi yaşayacaq və...

2. Olimpiya Kompleksləri
Prezidentin də qeyd etdiyi kimi, komplekslərin fəaliyyəti ciddi problemdir. Güclü idmançılar çox vaxt kasıb ailələrdən çıxır. Bəs kasıbın balası necə və harada məşq etsin? Bölgələrdə vəziyyət yaxşı deyil. Təsərrüfathesablı işləyən komplekslər kommunal xərclərini və işçilərinin maaşını qarşılamaq üçün idman seksiyalarını ödənişli etməyə məcburdur. Ödənişli olanda isə idmanda kütləvilikdən danışa bilmirik. Ona görə də bütün olimpiya kompleksləri dövlət tərəfindən maliyyələşməlidir. Belədə idman bölmələri bu mərkəzlərdə pulsuz fəaliyyət göstərə bilər. Belə olsa, qısa vaxtda kütləvilik baxımından nə qədər böyük fərq olduğunu görəcəksiniz.

3. Klublar
Yığma komanda binadır, klublar isə onun sütunları. Sütunları sağlam olmayan bina gec-tez dağılmağa məhkumdur. SSRİ vaxtında “Spartak”, “Lokomotiv”, “Zenit”, “Dinamo” və bu qəbildən olan bir xeyli idman cəmiyyəti var idi. İndi onların bir çoxu dövlət tərəfindən maliyyələşmədiyi üçün fəaliyyətini dayandırıb. Düzdür, müxtəlif idman növlərində müstəqil klublar var. Ancaq onlar da ayaqda qalmaq üçün məşqləri ödənişli etməyə məcburdur. Əksər klubların infrastrukturu çox aşağı səviyyədədir. Mən hələ inventar çatışmazlığından danışmıram. İctimaiyyət çox vaxt bunun məsuliyyətini federasiyaların üstünə atır. Ancaq heç bir idman federasiyasının nizamnaməsində klubları saxlamaq öhdəliyi qoyulmayıb. Onsuz da federasiyaların büdcəsi bu xərcləri qarşılamağa kifayət etmir. Yuxarıda da qeyd etdiyim kimi, klublar yığmanın sütunudur. Deməli, güclü və keyfiyyətli klublar yüksək səviyyəli milli komanda deməkdir. Bəs bu klubları necə dirçəldək?

4. Sponsor
Bəli, idmanımızın ən yaralı yerinə gəlib çatdıq. Klublar, federasiyalar, ümumilikdə idmanımız məhz sponsorların dəstəyi ilə inkişaf edə bilər. Çünki bütün idmanın ağırlığını dövlət büdcəsinə yükləmək olmaz. Sponsor dəstəyi hava-su kimi lazımdır. Sponsorları isə idmana 2 yolla təşviq etmək olar: 
1. Onları reklam etmək. 
2. Vergi yükündən azaltmaq. 
Birincini federasiyalar, idman qurumları edə bilərsə, ikinci birbaşa dövlətə aid məsələdir.

5. Yarışlar
10 məşq 1 yarışın yerini vermir. İstənilən idmançı və məşqçidən soruşsanız, bu cavabı alacaqsınız. Xüsusən də yeniyetmə və gənclər turnirlərdə çox iştirak etməli, bu yolla təcrübə toplamalıdır. Ona görə də ölkə daxilində yarışların sayını artırmaq lazımdır. Bu da maliyyədən asılıdır. Sponsor dəstəyi bu problemi də həll etmək üçün vacibdir.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 Dekabr 2021
23:24

MY-nin yeni baş məşqçisi Premyer Liqanın tarixinə düşdü

23:19

“Qəbələ” Tiflisdə dördüncü oldu

21:30

İlham Əliyev ailəsi ilə Olimpiya İdman Kompleksində

21:24

İtaliyalı idmançı avtomobil qəzasında öldü

20:57

Depay "Barselona"dan ayrılır - İddia

19:01

Fərid Qayıbov Mariana Vasilevanın nazir müavini təyin olunmasının səbəbini açıqladı

19:00

İnyesta "ən yaxşı"lar sırasında

18:45

A Seriyası: "Udineze" və "Torino"nun səfər sınağı

18:30

Super Liqa: Son iki oyun

18:15

La Liqa: XVI tur başa çatır

18:00

İPL: "Everton" "Arsenal"la üz-üzə

17:49

Azərbaycan və Rusiya arasında memorandum imzalandı

17:35

"Fiorentina" rus futbolçunu yollayır

17:19

"Bazel"in baş məşqçisi: "Bizi "Qarabağ"la finala bərabər oyun gözləyir"

17:03

"Kobra" Pərviz məşhur futbolçunun toyunda - FOTOLAR

16:55

Fərid Qayıbov bazanın açılışında iştirak edib, şəhidin atasına plaket verib

16:39

Messinin ətrafı: "Günahkar Poçettinodur"

16:24

"Kəpəz" xal itirdi, "Qəbələ" uduzdu

16:10

“Qarabağ” qış çempionu, “Neftçi” isə qış yuxusunda – Tura baxış

15:51

"Dörd il dünya çempionatları üçün uzun müddətdir" -  FIFA prezidenti

15:35

Mahir Emreli yenə tənqid olundu: "Şişirdilmiş futbolçudur"

15:14

UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım

15:00

"Böyük ehtimalla, meydana çıxacaq" - Bədavi başladı

14:52

Transfer şayiələri: Mourinyu "Roma"nı tərk edə bilər

14:31

Rüstəm Orucov Tokioda uduzduğu həmkarına: "Təşəkkürlər, çempion"

14:16

"Ölkə xaricindən təklif olsa, dəyərləndirə bilərəm" - MÜSAHİBƏ

14:00

Elnur Məmmədliyə mükafat təqdim olundu

13:45

“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

13:31

Şotlandiyada oyun zamanı itən top Hollandiyada tapıldı - FOTOLAR

13:18

Millimizin heyəti açıqlandı

13:04

Mahir Emreli "Legiya"nın ən zəif futbolçusu seçildi

12:49

Günün oyunları bu kanallarda - AFİŞA

12:35

Künc zərbəsindən birbaşa vurulan qol - VİDEO

12:21

TADEF-dən təşəbbüs: Türkiyədə müalicə alan qazilərimiz matçı tribunadan izlədilər - FOTOLAR

12:10

Mahir "Legiya"ya kömək edə bilmədi - VİDEO

11:51

"Qarabağ"ın 8-ci qış çempionluğu

11:37

Eltac Səfərli Barselonada qələbələri sıralayır

11:24

Əliyar Ağayev Türkiyədəki seminardan danışdı: "...mənim üçün yenilik deyildi"

11:09

"Real Madrid"in ulduzu "Liverpul"a keçir

10:53

Mövsümdə ilk, tarixdə 25-ci

Facebookdan bizi izləməyi unutmayın.