Azərbaycan sərbəst güləş millisinin Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti məlum olub.
Fanat.Az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, yığmamız mundial üçün 8 güləşçi sifariş edib.
Bunlar Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasovdur (97 kq).
Qeyd edək ki, dünya çempionatı oktyabrın 2-dən 10-dək baş tutacaq.
Sahib Əsədbəyli