14:33 20.09.2021 1167

Qazi-güləşçi: "Dünya çempionatında üç-dörd favorit varsa, biri özüməm"

Güləşçilərimiz daha bir məsul sınaq ərəfəsindədir. Xəbər verdiyimiz kimi, oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyası yarış üçün sifariş etdiyi ilkin heyətə 22 güləşçinin adını daxil edib. Onlardan 10-u yunan-Roma, 8-i sərbəst, 4-ü isə qadın güləşi yığmasının üzvüdür.

Mundialda iştirak edəcək sərbəst güləş millimizin 57 kiloqram çəki dərəcəsindəki üzvü Əfqan Xaşalov hazırlığı barədə Fanat.Az-a danışıb. 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşan, döyüşlərdən sonra "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunan qazi-güləşçimiz hazırda tam formada olduğunu bildirib:

"Bir aydan çoxdur ki, yığma ilə birlikdə dünya çempionatına hazırlaşırıq. Ona qədər də fərdi qaydada məşqlərimi davam etdirmişəm. Yüngül zədələri çıxsaq, özümü yarışa hazır sayıram. Hazırda 57 kiloqram çəki dərəcəsində 3-4 daha iddialı, favorit kimi bilinən güləşçi varsa, onlardan biri özüməm. Odur ki, yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm. Buna yetərincə imkanım var. Əsas rəqiblərim ABŞ, Rusiya təmsilçiləridir. Amma digər ölkələr də yaxşı heyətə malikdir. Rahat rəqib yoxdur. Məsələn, əvvəl bir almaniyalı ilə düşəndə öncədən özümüzü qalib kimi görürdük. İndi isə az qala hər ölkənin heyətində dağıstanlı çıxış edir".

Müharibədə yaralandıqdan sonra qatıldığı ilk böyük yarışda - aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanan 24 yaşlı idmançı itirdiyi Tokio 2020 imkanından da danışıb. Gənclər arasında dünya çempionunun fikrincə, son təsnifat turnirinə özü yollansaydı, milli 57 kq-da lisenziyasız qalmazdı: "Müharibədən qayıtdıqdan sonra Kiyev turnirində iştirak etdim. Qısa aradan sonra isə Avropa çempionatına yollandım. Ukraynada uduzduğum Belarus güləşçisindən Avropa çempionatında revanş alıb üçüncü yeri tutdum. Bu, ilk böyük yarış üçün yaxşı nəticə idi. Sadəcə, məşqçilər qərara gəldi ki, bu qısa arada bir də Dünya Təsnifat turnirində güləşməyim istənilən nəticəni verməz. Amma mən o arada özümü yaxşı hiss edirdim. Əminəm ki, yarışa getsəydim, lisenziyasız qayıtmazdım. Ancaq qismət. Allah nə yazıbsa, o da oldu".

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X