Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əfqan Xaşalov 1/8 finalda Meksika təmsilçisiylə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda Almaniya güləşçisinə uduzub.
Əli Rəhimzadə ilk mərhələdə Koreya idmançısına məğlub olub.
Mübarizəyə 1/8 finaldan qoşulan Əşrəf Aşırov Slovakiyadan olan son Avropa çempionunu üstələyib. 1/4 finalda Yaoniya güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda xalların keyfiyyətinə görə asiyalı idmançı qalib elan olunub.
Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 18:45-də başlayacaq.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika) *8:8
1/4 final: Əfqan Xaşalov - Horst Ler (Almaniya) 1:4
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya) 2:3
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya) 4:0
1/4 final: Əşrəf Aşırov - Ryuki Yoşida (Yaponiya) 4:4*
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan) 10:0
1/4 final: Osman Nurməhəmmədov - Mateuş Baranovski (Polşa) 7:3
1/2 final: Osman Nurməhəmmədov - Məhəmməd Qurbanov (Rusiya)
***09:00
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 57, 65, 79 və 92 kq çəki dərəcələrində mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən Əfqan Xaşalov (57 kq) startda meksikalı Roberto Alexandro, Əli Rəhimzadə (65 kq) cənubi koreyalı Yunsik Yun, Əşrəf Aşırov (79 kq) slovakiyalı Axşarbek Qulayev, Osman Nurməhəmmədov (92 kq) hindistanlı Prutviraj Patil ilə üz-üzə gələcək. Rəhimzadə yarışa 1/16, digər üç güləşçimiz 1/8 finaldan başlayacaq.
Mundialın ilk günündə mübarizəyə qoşulan təmsilçilərimizdən Abubakr Abakarov (86 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.
Sahib Əsədbəyli