Sərbəst güləşçimiz Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib. Rəqibinə 3:4 hesabı ilə uduzan Bayramov ilk dəfə iştirak etdiyi böyüklər arasında dünya çempionatını beşinci yerdə başa vurub.
Beləliklə, Azərbaycan sərbəst güləş millisinin mundialdan qazancı 2 medal olub. Bürünc mükafatlar dağıstanlı legionerlər Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədovun (92 kq) sayəsində hesabımıza yazılıb.
Sahib Əsədbəyli