Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.
O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.
Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.
***10:48
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, millimizin 59 kiloqram çəki dərəcəsindəki üzvü Alyona Kolesnik startda belaruslu Kristina Sazıkina ilə üz-üzə gələcək. Görüş 1/8 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, qadın güləşi yarışlarındakı digər təmsilçilərimiz Türkan Nəsirova (50 kq) və Elis Manolova (65 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar. Sərbəst güləş yığmasının üzvlərindən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə mundialın bürünc medalını əldə ediblər.