Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 70 kiloqram çəki dərəcəsi üzrə çempion olan sərbəst güləşçi Məhəmmədmurad Hacıyev təmsil etdiyi ölkənin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Polşa bayrağı altında mübarizə aparan 33 yaşlı idmançı ölkənin sərbəst güləş üzrə ilk dünya çempionu olub.
Xatırladaq ki, Dağıstan əsilli Hacıyev mundialın yarımfinalında Azərbaycan millisinin üzvü Turan Bayramovla qarşılaşıb. O, güləşçimizə 4:2 hesabı ilə qalib gəlib.
Sahib Əsədbəyli