19:33 09.10.2021 676

DÇ: Güləşçimiz finala çıxa bilmədi

Yunan-Roma güləşçimiz Taleh Məmmədov dünya çempionatında yarımfinal görüşünə çıxıb

Fanat.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı iranlı Meysam Dalxani ilə üz-üzə gəlib. 32 yaşlı Avropa mükafatçımız rəqibinə 0:9 hesabı ilə uduzub.

Məmmədov sabah bürünc medal uğrunda güləşəcək.

Bu gün xalça üzərinə çıxan digər təmsilçimiz Həsrət Cəfərovun uduzduğu İran güləşçisi finala yülsəldiyindən, gənclər arasında dünya və Avropa çempionumuz sabah təsəlliverici görüşə qatılacaq.

*** 15:24

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşündə türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımfinala adlayıb. Avropa çempionatlarının mükatatçısı finala vəsiqə uğrunda iranlı Meysam Dalxani ilə qarşılaşacaq.

67 kq çəki dərəcəsindəki milli üzvü Həsrət Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya və Avropa çempionu öncə ABŞ təmsilçisi Peyton Omonyanı, ardınca hindistanlı Qaurov Duhonu tam üstünlüklə yensə də, 1/4 finalda Tokio 2020-nin çempionu iranlı Məhəmmədrza Gerayiyə məğlub olub.

87 kq-da çıxış edən İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə ilk hissədəcə uduzub (0:11). 

Gerayi və Qobadze finala çıxsa, idmançılarımız sabah bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanacaq.

***10:00

Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Fanat.Az xəbər verir ki, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.

63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.

67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.

87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.

63 kq

1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq

Təsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ)

87 kq

1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

60 kq

Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:54

MPL: Tovuzda 2-ci qol - YENİLƏNİR

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

Facebookdan bizi izləməyi unutmayın.
X