Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Avropa mükafatçımız belaruslu Maksim Kajarski ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn pəhləvanımız karyerasında ilk dəfə dünya çempionatının medalını qazanıb.
Bu, Azərbaycan yunan-Roma yığmasının DÇ-də dördüncü medalı olub.
Xatırladaq ki, millimizin üzvlərindən Rafiq Hüseynov (82 kq) çıxışını qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc mükafatla başa vurub.
Sabah - yarışın son günündə daha iki güləşçi ölkəmizin hesabına medal yazdıra bilər. Taleh Məmmədov (63 kq) birbaşa "bürünc" görüşünə qatılacaqsa, 67 kq-da yarışan Həsrət Cəfərov təsəlliverici mərhələdə mübarizə aparacaq.
Sahib Əsədbəyli