12:06 12.10.2021 487

\"Ailədən uzaqda olmaqdan sıxılıram\" - Dünya çempionu

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında ölkəmizə yeganə qızıl medalı qazandıran yunan-Roma güləşçisi Rafiq Hüseynov Fanat.Az-a müsahibə verib. 

- Karyeranızda ilk dəfə dünya çempionatının qalibi oldunuz. Hisslərinizi bölüşərsiniz. 
- Çox sevinirəm. Bu, mənim üçün böyük qələbədir. Böyüklərdə 10-cu dünya çempionatım idi. Nəhayət, arzuma çatdım. Dünya çempionu oldum, kəməri əldə etdim. İlk dəfə 2009-cu ildə dünya çempionatında iştirak etmişdim. Həmin yarışda 5-ci yeri tutmuşdum. 2019-da qızıl medalın bir addımlığında qaldım. Təəssüf ki, finalda uduzdum. Bu dəfə həlledici görüşdən əvvəl Nur-Sultandakı finaldan sonra necə məyus olduğumu yadıma saldım. Özümə dedim ki, eyni hissi yaşamaq istəmirsənsə, bu dəfə çempion olmalısan. 

- Çempion olduqdan sonra Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına verdiyiniz açıqlamadan elə təəssürat yarandı ki, artıq karyeranızı bitirmək arzusundasınız. Ancaq iki ay əvvəlki müsahibə-açıqlamalarınızda fikirləriniz fərqli idi. Bir növ demək olar ki, dünya çempionluğu uğur aclığınızı "doyurub"?
- Deməzdim. Sadəcə, bu aralar evdən-ailədən uzaqda olmaqdan sıxılıram. Bu da, fikrimcə, son yeddi-səkkiz ayın ağır qrafikindən qaynaqlanır. Uzun müddət Olimpiadaya hazırlaşdım. Ondan sonra da istirahət etməyə vaxtım olmadı, dünya çempionatının hazırlıqları başladı. Bir müddət dincəlsəm, hər şey yaxşı olacaq. Karyeramı davam etdirmək istəyirəm. Hələ ki, idmandan uzaqlaşmaq fikrim yoxdur. Amma son qərarı rəhbərlik verəcək.

- Görüşləriniz arasında xüsusilə isveçli Aleks Kessidislə 1/4 final qarşılaşması dramatik və maraqlı alındı. Hesabda xeyli geridə olarkən vəziyyəti xeyrinizə dəyişəcəyinizə inam nə dərəcədə idi? Yadımdadır ki, Olimpiadada da bu rəqiblə qarşılaşmış və sonradan onun gücünü dəyərləndirmişdiniz.
- Bəli, İsveç güləşçisi güclü idmançıdır. Onu da qeyd edim ki, bizim yaxın dostluğumuz var. 

Təbii ki, 0:6 geri düşəndə vəziyyət gərginləşmişdi. Görüşün gedişində kobud səhv buraxdım. "Quru-quru" fəndə girib, əks-fənddə yaxalandım. Amma mən həmişə deyirəm ki, güləş altı dəqiqədir, sona kimi döyüşmək lazımdır. Bu dəfə də belə etdim. Son saniyəyə kimi vuruşub istəyimə nail oldum.

- Bir çox idman adamları sizi Azərbaycanda 2021-ci ilin idmançısı adına ən real namizəd kimi görür. Bu barədə düşüncələriniz nədir?
- Bu, mənim üçün çox xoşdur. Amma mən ad, təltiflər ardınca qaçmamışam. İdmanda şəxsi prinsiplərim uğruna mübarizə aparmışam. Həmişə fikirləşmişəm ki, çox çalışsan, ad özü gəlib səni tapacaq. 

- Demişdiniz ki, atam Avropa çempionu olanda da məndən narazı qalmışdı. Radik müəllim sizə indi nə dedi, necə təbrik etdi?
- 2011-ci ildə Dortmundda Avropa çempionu olduqdan sonra atam zəng edib yalnız iradlarını bildirmişdi. Bu dəfə hədsiz sevincli idi. Hətta mən özüm səhvlərim haqqında danışmağa başlayanda sözümü yarıda kəsib dedi ki, sən artıq dünya çempionusan, bu anların ləzzətini çıxart.

- Ümumən yunan-Romanın nəticələri yaxşı oldu. Milli ümumkomanda hesabında ilk "üçlük"də yer aldı. Yığmanın uğurlu çıxışını nə ilə bağlayırsınız?
- Sözün açığı, idmanda nəticənin yaxşı olub-olmaması bir qədər də bəxtdən asılıdır. Bir-iki il əvvəlki məşqlərimizi etmişdik. Məncə, yığma bu dəfə daha yaxşı formaya düşmüşdü.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2024
20:30

Amrabat İtaliyaya qayıdacaq - "Fiorentina"ya yox, bu kluba

19:18

Laporta Xavini saxlaya biləcəyinə inanır

18:40

"Xabi Alonso "Real"ın baş məşqçisi olacaq" - "Bayer"in idman direktoru açıqladı

18:05

"Real"dan qorxmuruq" - Pep Qvardiola

17:56

"Bayern Münhen" forvardını satmağa hazırdır

17:33

"Verder" Keytanı heyətdən kənarlaşdırdı - SƏBƏB

17:14

"İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın" - "Araz Saatlı" rəsmisi

16:55

Keyn "Bayer Leverkuzen"in çempion olmasına belə reaksiya verdi

16:35

Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

16:12

"Qızıl top"a əsas namizədlər bilindi - Foden ikinci, Messi sonuncudur

15:55

"Golden Boy" mükafatı kimə veriləcək? - NAMİZƏDLƏR

15:37

Bataqlıqdan çırtlayan ümid

15:20

"Barselona"dan braziliyalı ulduzu üçün 20 milyonluq "divar"

15:01

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

14:41

Dünya Kuboku: Azərbaycanı təmsil edəcək gimnastlar bəlli oldu

14:20

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

13:52

Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

13:31

Almaniyalı dünya çempionu vəfat etdi

13:13

Millinin heyəti açıqlandı

12:54

"Barselona" azarkeşləri PSJ-ni yatmağa qoymadı - FOTO

12:37

Luis Enrike vəd verdi: "Geridönüş edəcəyik!"

12:20

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

12:11

Simeone "Borussiya" ilə cavab matçından nə gözləyir?

11:54

"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

11:37

Kriştianu Ronaldu diskvalifikasiya ediləcək

11:20

Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

11:03

Azərbaycan millisi Gürcüstanla üz-üzə

10:45

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

10:24

"Murad Musayev avtoritet məşqçi deyil"

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:43

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına uduzdu

09:22

ÇL: İlk yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

Facebookdan bizi izləməyi unutmayın.
X