Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundialda ölkəmizi hər 3 güləş növü üzrə millilərimiz təmsil edəcək.
Yığmalarımız məsul yarışın hazırlıqlarına artıq start verib. Sərbəst güləşçilər DÇ-yə daha yaxşı hazırlaşmaq üçün Dağıstana yollanıb. Komandamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Xasavyurtda yerli güləşçilərlə birgə təlim-məşq toplanışı keçir. Millimiz DÇ-nin startınadək Dağıstanda hazırlıq prosesini davam etdirəcək.
Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız məşqləri Bakıda keçir. Hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində təşkil olunub.
Qeyd edək ki, yarışın ilk günlərində güləşin klassik növü üzrə mübarizə baş tutacaq. Daha sonra qadınlar xalça üzərinə çıxacaq. Mundialın son günlərində isə sərbəst güləşçilər çıxış edəcək.