Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatı Azərbaycan güləşi tarixində yeni rekordla əlamətdar olub.
Fanat.Az xəbər verir ki, pəhləvanlarımız analoji yarışda ilk dəfə 1-dən çox qızıl medal qazanıb.
Baş mükafatları ölkəmizin hesabına Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) və Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq) yazdırıb.
Sabah - yarışın son günündə bu say daha da arta bilər. Belə ki, 92 kq-da çıxış edən sərbəst güləşçimiz Osman Nurməhəmmədov finalda mübarizə aparacaq. O, rusiyalı Azamat Zakuyevlə qarşılaşacaq.