18:00 20.12.2021 2139

"İstəmirəm, ölkəmi dağıstanlı təmsil eləsin" - Dünya və Avropa mükafatçısı

Bu il keçirilən güləş üzrə gənclər arasında dünya və Avropa çempionatlarının mükafatçısı Zirəddin Bayramovun (sərbəst güləş, 65 kq) Fanat.Az-a müsahibəsi

- Zirəddin, əvvəlcə səni yaxından tanıyaq.
- 2002-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşam. Güləşə 7 yaşım olarkən, Şəmkir Olimpiya İdman Kompleksində Elçin Həsənovun yanında başlamışam. İndi də şəxsi məşqçim Elçin müəllimdir. Ölkədaxili yarışlarda Şəmkir şəhərini təmsil edirəm. 

- İl ərzində gənclər arasında demək olar qatıldığın bütün beynəlxalq yarışlardan medalla döndün. Son olaraq da böyüklərin Azərbaycan çempionatının qalibi oldun. Çəki dərəcəni də nəzərə alsaq, belə bir ümid yaranıb ki, yeni Hacı, Toğrul yetişir. Bu münasibəti hiss edirsənmi?
- Bəli. Sözün açığı, dünya və Avropa çempionatındakı medallarımın əyyarı daha yüksək ola bilərdi. Səbəbi də kənarda - hakimlikdə  yox, özümdə axtarıram. Ümumiyyətlə, hansı yarış olmasından asılı olmayaraq gümüş və bürünclə qane olmuram. Hədəfim ancaq birincilikdir. Buna da vurğuladığınız kimi, bu ayın əvvəli ölkə çempionatında nail oldum. 

- Ölkə çempionatının finalında dağıstanlı legioner Əhmədnəbi Qvarzatilovla qarşılaşırdın. Görüşün prinsipiallığı nə dərəcədə idi?
- Finaldan öncə özümə söz vermişdim ki, nəyin bahasına olur-olsun, bu rəqibi udmalıyam. Gəlmə idmançılarla görüşlərdə qələbə bizim üçün ikiqat dəyərlidir. Mən istəmirəm ki, ölkəmi dağıstanlı təmsil eləsin. Sübut etməliydim ki, bu çəkidə mən daha güclüyəm. Şükürlər olsun, xalçanı başıuca tərk elədim.

- Qvarzatilov kifayət qədər təcrübəli idmançıdır.  Dünya çempionatında, keçən il təşkil olunan dünya kubokunda medal qazanıb. Qarşılaşmanı udmaqda hansı amillər köməyinə gəldi?
- Aramızda yaş fərqi çoxdur. Görünür ki, yaşlanıb. Xalçada daha istəkli və enerjili olan tərəf mən idim.

- Son Azərbaycan çempionu kimi qarşıdakı Avropa çempionatında ölkəmizi təmsil etməyə ən real namizədsən. Öncəki fikirlərindən belə başa düşdük ki, ilk cəhddəncə maksimumu hədəfləyəcəksən...
- Gənclərdə hələ iki ilim var, amma bundan sonrakı məqsədlərim böyüklərlə bağlıdır. Avropa çempionatından öncə turnirlər keçiriləcək. Orada özümü göstərməliyəm. Getsəm, hədəfim qızıl medal olacaq. Başlıca məqsədim isə Parisdə Olimpiya çempionu olmaqdır. Şəhərimin adını yüksəltmək, ölkəmin fəxri olmaq istəyirəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:31

Azərbaycan Kuboku: Finalçılar müəyyənləşir - YENİLƏNİR

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X