Azərbaycan sərbəst güləş millisinin üzvü, "London-2012" Yay Olimpiya Oyunlarının qalibi, "Rio-2016"nın gümüş mükafatçısı Toğrul Əsgərovu artıq uzun müddətdir ki, arenalarda görmürük. Hətta son vaxtlar 29 yaşlı idmançının karyerasını bitirməsi barədə söz-söhbətlər gəzir.
Məsələ ilə bağlı Fanat.Az-a danışan Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı Əsgərovun yarış meydanlarına nə vaxt dönəcəyinin məlum olmadığını bildirib:
"Toğrulun zədəsi var. Hələlik gündəlik yüngül məşqlərlə kifayətlənir. Karyerası ilə bağlı hələ qərar verməyib. Yəqin ki, yaxın zamanda fikrini açıqlayacaq".
Sahib