19:51 01.04.2022 2125

AÇ: İki güləşçimiz finalda, üçü "bürünc" üçün mübarizə aparacaq

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 87 kq-da mübarizə aparan İslam Abbasov finala vəsiqə uğrunda rumıniyalı Niku Samuel Oyoqla qarşılaşıb.

Rəqibinə "tuşe" ilə uduzan Abbasov karyerasında ikinci dəfə qitə çempionatının finalına yüksəlmək şansını əldən verib.

130 kq-da yer alan Beka Kandelaki isə türkiyəli Rza Kayaalpla üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatsa da, məşhur Türkiyə pəhləvanı sonuncu xal prinsipinə əsasən qələbə qazanıb.

Beləliklə, hər iki güləşçi sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Həmçinin 77 kq-da yarışan Sənan Süleymanovun 1/4 finalda uduzduğu ermənistanlı Malxas Amoyan finala adladığından Avropa çempionumuz sabah təsəlliverici görüşlərə qatılacaq.

Qeyd edək ki, daha əvvəl yarımfinal qarşılaşmasına çıxan Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finala vəsiqə qazanıb. Onlar müvafiq olaraq Ermənistan təmsilçiləri Rudik Mkrtçyan və Hraçya Poqosyanı yeniblər.

*** 19:09

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 63 kq-da yarışan Taleh Məmmədov yarımfinalda Ermənistan təmsilçisi Hraçya Poqosyanla qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədov finala vəsiqə qazanıb. 33 yaşlı idmançı qızıl medal uğrunda həlledici görüşdə gürcüstanlı Leri Abuladze ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli Ermənistanın digər təmsilçisi Rudik Mkrtçyanı yenərək finala vəsiqə qazanıb.

Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi yarımfinal görüşünə çıxacaq. İslam Abbasov (87 kq) rumıniyalı Niku Samuel Oyoqla, Beka Kandelaki (130 kq) isə türkiyəli Rza Kayaalpla finala vəsiqə uğrunda mübarizə aparacaq.

*** 18:55

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.

Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli finala vəsiqə qazanıb. 30 yaşlı dünya və Avropa çempionu həlledici görüşdə gürcüstanlı Nuqzar Tsurtsumia ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi yarımfinal görüşünə çıxacaq. Taleh Məmmədov (63 kq) ermənistanlı Hraçya Poqosyanla, İslam Abbasov (87 kq) rumıniyalı Niku Samuel Oyoqla, Beka Kandelaki (130 kq) isə türkiyəli Rza Kayaalpla finala vəsiqə uğrunda mübarizə aparacaq.

*** 16:39

Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan 55 kq çəki dərəcəsindəki Eldəniz Əzizli Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.

87 kq-dakı İslam Abbasov əvvəlcə Matey Mandiçi (Xorvatiya), ardınca isə Zurab Datunaşvilini (Serbiya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Abbasov finalın bir addımlığında Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək adını yarımfinala yazdırıb. Məmmədovun bu mərhələdəki rəqibi Hraçya Poqosyan (Ermənistan) olacaq.

130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda 5:1 hesablı qələbə qazanan Kandelaki yarımfinala yüksəlib. O, finala gedən yolda Rza Kayaalpla (Türkiyə) görüşəcək.

77 kq-da yer alan Sənan Süleymanov isə 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti görüşdə Malxas Amoyana (Ermənistan) uduzub.

Beləliklə, bu gün mübarizəyə başlayan 5 yunan-Roma güləşçisindən 4-ü yarımfinala adlayıb. 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.

***

Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 55 kq-da çıxış edən Eldəniz Əzizli Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya), 63 kq-da yarışan Taleh Məmmədov isə Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma 1/4 finala təsadüf edəcək.

77 kq-da mübarizə aparan Sənan Süleymanov 1/8 finalda İlye Koyokarini (Rumıniya) sınağa çəkəcək.

87 kq-da yer alan İslam Abbasovun bu mərhələdəki rəqibi Matey Mandiç (Xorvatiya) olacaq.

130 kq çəki dərəcəsindəki Beka Kandelaki isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da start götürəcək. Yarımfinallar 18:45-də başlayacaq.

Bu gün, həmçinin qadın güləşçimiz Elis Manolova final görüşünə çıxacaq. 65 kq-da yarışan 26 yaşlı idmançı həlledici mərhələdə ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.
Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Yarış aprelin 3-də başa çatacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X