19:43 02.04.2022 1135

AÇ: Rafiq Hüseynov finalda, üç güləşçimizin ümidi "bürünc"ə qaldı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı moldovalı Mixail Bradu ilə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.

60 kq-da çıxış edən Murad Məmmədov yarımfinalda türkiyəli Kerem Kamala 0:8, 67 kq-da yarışan Həsrət Cəfərov Murat Fırata 0:2, 72 kq-da yer alan Ülvi Qənizadə isə Şmaki Bolkvadzeyə (Gürcüstan) 1:4 hesabı ilə uduzublar. Onlar sabah bürünc medal uğrunda mübarizə aparacaqlar. 

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleymanov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

***

Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında döşək üzərinə çıxıb.

Fanat.Az xəbər verir ki, idmançıların hər biri mübarizəyə 1/8 finaldan başlayıb.

60 kq-da Murad Məmmədov Daniel Bobilyo (İspaniya) və Vitali Yeriomenkoya (Moldova) qalib gələrək, yarımfinala yüksəlib. Onun finaldakı rəqibi Kerem Kamal (Türkiyə) olacaq.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov əvvəlcə Vitalis Lazovskini (Almaniya), ardınca isə Mateuş Bernateki (Polşa) məğlub edib. Cərəfov yarımfinalda Murat Fıratla (Türkiyə) qüvvəsini sınayacaq.

72 kq-da yer alan Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) və Deyvid Tixomirov (Bolqarıstan) ilə duellərdən qalib ayrılaraq, yarımfinala adlayıb. Qənizadə finala gedən yolda Şmaki Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.

82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakı (Çexiya), növbəti qarşılaşmada isə Tamaş Levayı (Macarıstan) yenib. Titullu idmançı yarımfinalda Gela Bolkvadze (Gürcüstan) ilə qarşılaşacaq.

97 kq-da yarışan Murat Lokyayev isə startda Arvi Savolaynenlə (Finlandiya) bacarmayıb.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleyamnov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

***

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, idmançıların hər biri yarışa 1/8 finaldan start verəcək.

60 kiloqram çəki dərəcəsində yer alan Murad Məmmədov Daniel Bobilyo (İspaniya), 67 kq-dakı Həsrət Cəfərov isə Vitalis Lazovski (Almaniya) ilə qarşılaşacaq.

72 kq çəki dərəcəsindəki Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

82 kq-da çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakla (Çexiya) üz-üzə gələcək.

97 kq-da yarışan Murat Lokyayevin rəqibi isə Arvi Savolaynenlə (Finlandiya) olacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da start götürəcək. Yarımfinallar 18:45-də başlayacaq.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan), Beka Kandelaki isə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X