17:45 03.04.2022 925

"Erməniyə uduzsam, məni tanıyanların üzünə baxa bilmərəm" - Taleh Məmmədov

Macarıstanda keçirilən Avropa çempionatında 63 kiloqram çəki dərəcəsində Azərbaycana gümüş medal qazandıran yunan-Roma güləşçisi Taleh Məmmədovun Fanat.Az-a müsahibəsi

- Ardıcıl ikinci dəfə idi ki, Avropa çempionatının finalına yüksəlmişdin. Bu dəfə necə, "gümüş"ü qazandın, ya "qızıl"ı itirdin?

- "Qızıl"ı itirdim. Özüm və vətənim üçün nəhayət, qızıl medal qazanmağı çox istəyirdim. Əlimdən gələn hər şeyi etdim. Məşqlərimiz, psixoloji hazırlığımız - hamısı tam yerində idi. Sadəcə, alınmadı.

- Finaldakı rəqibi daha əvvəl yenmişdin. Bu dəfə qələbə üçün konkret nə çatmadı?

- Leri Abuladze ilə Fransa Qran-Prisində qarşılaşıb, qalib gəlmişdim. Görünür, gürcü məşqçilər həmin görüşü yaxşı analiz etmişdilər. Həmin vaxt mən ona ayaq üstdə fənd tətbiq etmişdim. Bu dəfə də elə planlaşdırmışdım ki, ayaq üstdə xal alım, sonra üstünlüyümü qoruyub saxlayım. Amma o altı dəqiqə ərzində mənimlə heç bir kontakta girmədi. Bu da mənə çətinlik yaratdı. Həm də açığı, zədələrim əvvəlki kimi güləşməyə imkan vermədi.

- Daha öncə isə ermənistanlı güləşçi ilə qarşılaşıb məğlub etmişdin. Həmin görüşdə yaşanan insident xüsusən diqqət çəkdi. Həmin anları xatırlayaq...

- Poqosyanla keçən il Avropa çempionatında da görüşmüşdüm. O vaxt qarşılaşmanın gedişində geridönüş edib qalib gəlmişdim. Ardıcıl ikinci məğlubiyyəti həzm edə bilmirdi. Məni təxribata çəkmək istədi. O, artıq uduzduğunu başa düşmüşdü. Çalışdı ki, məni də yarışdan uzaqlaşdırsınlar. Məşqçilərin - Həsən Əliyev və Rövşən Bayramovun da dəstəyi ilə səbrimi basa bildim. Qələbəm ona ən tutarlı cavab idi.

- Artıq neçənci dəfədir ki, erməni güləşçiləri məğlub edirsən. Daha əvvəl də Slavik Qalstyanı bir neçə dəfə udmusan. Artıq belə bir təəssürat yaranıb ki, bundan sonra onlarla 100 dəfə də qarşılaşsan, yenə xalçadan qalib ayrılacaqsan. Bu uğurlu seriya nə ilə bağlıdır? Ermənilərlə görüşə xüsusi motivasiya ilə hazırlaşırsan, ya digər rəqiblər kimi yanaşırsan?

- Ermənilərə qarşı mənim elə bir kinim, nifrətim var ki... Hələ uşaqlıqdan onların bizimkilərə qarşı etdiyi işgəncələr barədə oxuduğum kitablar, izlədiyim verilişlər, filmlər məndə belə bir münasibət formalaşdırıb. Heç vaxt erməniyə uduzmamışam. Çünki onlarla qarşılaşarkən, sadəcə güləşməyə deyil, vuruşmağa çıxıram. Hər zaman Allaha dua etmişəm ki, kimə uduzsam da, onlara uduzmayım. Fikirləşirəm ki, erməniyə uduzsam, məni tanıyanların üzünə baxa bilmərəm. Düzü, əvvəl erməniləri nə qədər udsam da, ürəkdolusu sevinə bilməmişəm. Fikirləşirdim, deyirlər, idmandır də, əsas odur, biz onların torpaqlarını əllərindən almışıq. 44 günlük Vətən müharibəsindən sonra qələbə qazanarkən, tamam fərqli hisslər yaşayıram.

- Artıq 33 yaşın var. Avropa çempionatlarında ilk medalını da cəmi üç il əvvəl, 30 yaşında qazanmışdın. Bunları nəzərə alaraq hər kəs istənilən əyyarlı medalı sənin adına uğur kimi qəbul edir. Necə hesab edirsən, üç qitə medalı karyeranı major notlarla bitirmək üçün kifayətdir, yoxsa bunun üçün mütləq "qızıl" lazımdır?

- Yaş mövzusu mənim yaralı yerimdir. Bu haqda danışanda çox pis oluram. Düşünürəm ki, mən hərbi xidmətdən qayıtdıqdan sonra yığmada Rövşən Bayramov, Həsən Əliyev kimi güləşi bilən, idmançıya can yandıran məşqçilər olsaydı, daha böyük nəticələr qazana bilərdim. 32-33 yaşımda Avropa çempionatının finalına çıxa bilirəmsə, 22-23 yaşımda çempion da olardım. Əsgərlikdən gəldikdən sonra yığmada iranlı məşqçilər idi. Üç il ard-arda Azərbaycan çempionu oldum. Sonra məni Qran-Pri turnirlərinə, müxtəlif beynəlxalq yarışlara apardılar, hamısından da medalla döndüm. Amma o vaxtlar, ən yaxşı formada olduğum dönəmdə məni dünya və Avropa çempionatlarına aparmadılar.
Karyeramı 2024-cü ilə kimi davam etdirəcəyəm. İdmandan qızıl medalla getmək istəyirəm.

- Yığmanın indiyə olan nəticəsi barədə nə deyə bilərsən? Qənaətbəxşdirmi, yoxsa güclü Rusiya millisinin olmadığı şəraitdə daha yaxşısı olmalı idi?
- Yığmanın yarışa hazırlığı həqiqətən də çox yüksək səviyyədə idi. Məşqçilər heyəti və yığma üzvləri bu müddətdə əllərindən gələni etmişdilər. Bizdə hazırda əsl komanda mühiti formalaşıb. Hamı çalışır ki, bir-birimizə olan inamı, etimadı itirməyək. Məncə, normal nəticədir. Bu gün də daha 3 medal qazana bilərik. Yığma xal hesabında hazırda birinci yerdədir. Medalların sayına görə böyük ehtimalla bu Avropa çempionatı bizim üçün rekord olacaq.
Əlbəttə, nə gizlədək, rusların olmamağı bizə şans yaratdı. Düzdür, onların da arasında uda biləcəyimiz rəqiblər var. Amma hər halda, dünyanın ən güclü yığmasıdır.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X