16:45 19.04.2022 630

"Sadəcə, bəxt indi mənim tərəfimdədir" - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovun Fanat.Az-a müsahibəsi

- Rafiq, son Avropa çempionatı öncəsi Türkiyədə təşkil olunan ənənəvi xatirə turnirində dünya çempionatının finalında yendiyiniz yerli güləşçi Burhan Akbudaka böyük fərqlə uduzmuşdunuz. Bu, açığı, qitə birinciliyində sizə olan inama təsirsiz ötüşməmişdi. Həmin faktı nəzə alsaq, özünüz nə hiss edirdiniz?
- Bu kimi turnirlər bizim üçün əsasən sınaq xarakteri daşıyır. Ancaq əlbəttə, reytinq xalları qazandırdığından nəticə də vacibdir. O yarışda boynumda zədə varıydı. Görüş vaxtı Burhan Akbudak boynuma yükləndi və mən artıq müqavimət göstərə bilmədim. Yəni başqa halda o cür fərqlə uduzmazdım. Burhanla bunadək üç dəfə görüşmüşük, əvvəlki ikisində mən qalib gəlmişdim. 

- Yeddi aya bir çox idmançının xəyalını qurduğu nəticələri sığdırdınız. 34 yaşda bu cür yüksək ardıcıllığın sirri nədir?
- 2007-ci ildə Türkiyə sərbəst güləşçisi Ramazan Şahin Bakıda dünya çempionu, növbəti il isə Avropa və Olimpiya çempionu olanda düşünmüşdüm ki, axı bu, necə ola bilər? Bir idmançı bir il ərzində üç böyük yarışı necə qazana bilər? Onda ağlıma gəlməzdi ki, mən də nə vaxtsa buna yaxın bir ardıcıllıq göstərərəm. Amma bunu da deyim ki, mən 5-10 il əvvəl necə idimsə, indi də eləyəm. Düşünmürəm ki, o vaxtkı Rafiqlə indiki arasında böyük fərq var. O vaxt da əziyyət çəkirdim, indi də. Sadəcə, idmanda bəxt amilinin də rolu çoxdur. Bu, bir reallıqdır. Görünür, bəxt, şans indi üzümə gülüb. 

- Avropa çempionatından sonra sosial şəbəkədə yığmanın keçmiş məşqçilərinin ünvanına yazdığınız tənqidi fikirlər diqqət çəkdi. Keçmiş məşqçi heyətləri ilə bağlı narazı olduğunuz konkret məqamlar nədir?
- Yığmanın bunaqədərki çalışdırıcıları indikindən tam fərqli prinsiplə işləyirdilər. Məsələn, iranlı məşqçilər əsasən fiziki hazırlığa önəm verirdilər. Bu da İran güləş məktəbinin səciyyəvi cəhətidir. Demirəm, onların məşq metodu tam yararsız idi. Bəzi güləşçilərimizə yaxşı təsir edirdi. Amma mənim üçün uyğun və göründüyü kimi, uğurlu olan indiki heyətdir. Çünki Rövşən Bayramov və Həsən Əliyevlə vaxtilə komanda yoldaşı olmuşuq, bir-birimizi artıq neçə illərdir tanıyırıq. Onlar mənə nə lazım olduğunu, kaprizlərimi bilirlər. Həmçinin baş məşqçi Aleksandr Tarakanov komandada elə mühit formalaşdırıb ki, hamı bir-birini başa düşür. 

- Bu yaxınlarda "Motivator Azərbaycan" layihəsi sizin həyat və karyeranıza həsr olunmuş veriliş təqdim etdi. Bununla bağlı tədbirdə bir sıra tanınmış, nüfuzlu qonaqlar, həmçinin gənclər və idman naziri Fərid Qayıbov da iştirak etdi. Təəssüratlarınız necədir?
- Həmin buraxılışı çoxları film kimi qələmə verdi. Amma bu, film deyildi. Özüm nə vaxtsa haqqımda film çəkilməsini istəyirəm. Lakin hələ o səviyyəyə çatdığımı düşünmürəm. Əlbəttə, gözəl, dəyərli iş idi. Əmək, maliyyə sərf olunmuşdu. Buna görə təşkilatçılara sonsuz təşəkkürümü bildirirəm. Fərid Qayıbovun həmin tədbirə gəlib mənim haqqımda yüksək fikirlər səsləndirməsi isə ayrıca qürur idi. Çox sevindiricidir ki, artıq bizdə də belə səmimi, xoş bir mühit formalaşıb. Bu, biz idmançılara böyük stimul verir, yeni qələbələrə ruhlandırır. Bir sözlə, bütün sahələrdə olduğu kimi, idmanımızdakı islahatlar da bəhrəsini verir.

- Hazırda ölkədə ən çox diqqətdə olan idmançısınız desək, yanılmarıq. Bu, sizə necə təsir edir? 
- Xoş münasibəti hiss edirəm. Əlbəttə, hamı istəyər ki, bunu belə də qoruyub-saxlasın. Amma bu, idmandır, sabah uduza da bilərəm. İdmançı bütün yarışlarda qalib ola bilməz ki... Ona görə çalışıram, eyforiyaya düşməyim. Sabah başqa bir idmançı gəlib mənim nəticələrimi kölgədə qoyar, məni unutdurar. Ona görə başımızı aşağı salıb işimizə köklənməliyik. 

- Bu ilin təqvimi kifayət qədər zəngindir. Qarşıda İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Dünya Kuboku var. Sizə görə, daha mühüm olan hansıdır?
- Mayın əvvəlindən təlim-məşqlərə başlayacağıq. Belə demək olarsa, bir də mən noyabrda evə dönəcəyəm. Sadaladığınız yarışlardan başqa daha iki turnirdə iştirak edəcəyəm. Biri tanınmış Almaniya güləşçisi, üçqat dünya çempionu Frank Ştablerin dəvəti ilə qatılacağım şou xarakterli turnirdir, biri də İtaliyada reytinq yarışı. Ümumi götürəndə, qarşıdakı beş yarışdan şəxsən mənim üçün ən önəmlisi Dünya Kubokudur. Çünki bu yarış "doğma divarlar arası"nda keçiriləcək. Əlimizdən gələni etməliyik ki, yeddi il əvvəlki uğuru təkrarlayaq, kuboku vətəndə saxlayaq.

- Rusiya yığmasının iştirakı mümkün olmayacağı halda, bunu necə qarşılayacaqsınız? Başqa sözlə, bu amil komandanın qələbə şanslarını hansı ölçüdə artıra bilər?
- Mən istəyərdim ki, yarışa onlar da qatılsın. Çünki belədə, turnirin səviyyəsi də artar. Ümumiyyətlə, idmançıların siyasi səbəblərdən dolayı yarışlardan uzaq qalması arzuolunmaz haldır. Üstəlik, Rusiya yığmasında mənim dostlarım var. Amma Rusiya olmasa da, Dünya Kubokunda rəqabət böyük olacaq. Hər halda, onu da bilirsiniz ki, biz yeddi il əvvəl məhz Rusiyanı udub kuboku qazanmışdıq.

- Rusiya iştirak etməyəcəyi təqdirdə, millinin əsas rəqibi İran komandası olacaq. Onlarla müqayisədə yığmanın şanslarını necə dəyərləndirirsiniz?
- Təbii ki, əsas rəqibimiz onlar olacaq. İran güləşində də son zamanlar islahatlar aparılıb. Yeni gənc idmançılar üzə çıxıb. Ancaq ola bilər ki, onlar Asiya Oyunları və Dünya Kubokuna fərqli heyət göndərərlər. 

- Son olaraq Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı fikirlərinizi bilmək maraqlı olar. İndiki halda Olimpiya çempionluğu nə dərəcədə əlçatandır?
- Sözün açığı, mən hazırda Olimpiada barədə düşünmürəm. Çünki, bildiyiniz kimi, qeyri-Olimpiya çəkisində çıxış edirəm. Mənə yaxın Olimpiya çəkiləri də 77 və 87 kiloqramdır. O çəkilərdə də Sənan Süleymanov və İslam Abbasov kimi kifayət qədər güclü, tanınmış güləşçilər çıxış edir. Mən onların xətrini bir insan kimi də çox istəyirəm. Odur ki, hər şeyi zamana buraxmışam. Olimpiada vaxtı kim daha yaxşı olsa, o da o yarışda güləşəcək. Mən sadəcə, sağlam rəqabət tərəfdarıyam. Hansısa kənar səbəbdən onlardan birinin qıraqda qalmasını qəti arzulamaram.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X