Dünya Güləş Birliyi Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında "səpələnmişlər" səbətində yer alacaq yunan-Roma güləşçilərinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 8 üzvü öz çəki dərəcələrində ilk "8-liy"ə daxil olub.
Dünya çempionları Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq), həmçinin Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışın ilkin iştirakçı siyahısında birinci, Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Ülvi Qənizadə (72 kq) ikinci, Həsrət Cəfərov (67 kq) üçüncü, İslam Abbasov (87 kq) isə dördüncü sırada yer alıb.
Lakin onu da bildirək ki, təlim-məşq toplanışında aldığı zədə səbəbindən bu ayın əvvəlində Almaniyada əməliyyat olunan İslam Abbasovun mundiala qatılmayacağı dəqiqləşib. Onu 87 kiloqramda Məhəmməd Əhmədiyevin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, dünya çempionatı 10-18 sentyabrda keçiriləcək.