Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün qadın güləşi üzrə mübarizəyə start veriləcək. Dünən güləşin bu növündə püşkatma mərasimi keçirilib və beləliklə, Azərbaycanın 5 təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
53 kq
1/8 final. Leyla Qurbanova - Yuliya Leorda (Moldova)
57 kq
1/8 final. Jalə Əliyeva - Julia Oliveyra (Braziliya)
59 kq
1/4 final. Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki (Yaponiya) cütünün qalibi
62 kq
Təsnifat. Tatyana Omelçenko - Ti Nquyen (Vyetnam)
65 kq
1/4 final. Elis Manolova - Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi
İlk olaraq Tatyana Omelçenko, sentyabrın 13-də Leyla Qurbanova ilə Elis Manolova, sentyabrın 14-də isə Jalə Əliyeva və Alyona Kolesnik qüvvəsini sınayacaq.