Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın yeddinci günündə sərbəst güləş üzrə daha üç çəkidə mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) təsnifatda Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.
74 kq çəki dərəcəsində yer alan Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.
Nəhayət, 92 kiloqramdakı Osman Nurmaqomedov 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə münasibətləri aydınlaşdıracaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 4 təmsilçimizin hamısı mübarizəni əliboş başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub. Qadın güləşçilərimiz isə medal qazana bilməyib.
Dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.