Azərbaycan sərbəst güləş millisinin sabiq üzvü Əli İsayev Mütləq Döyüş Çempionatında (UFC) çıxış edəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı dağıstanlı idmançı ilə təşkilat arasında bununla bağlı razılıq əldə edilib. Tezliklə rəsmi müqavilə bağlanacaq.
Qeyd edək ki, 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olan MMA döyüşçüsü həmin vaxtdan yarışa çıxmayıb.
Əli İsayev 2009-cu ildə Azərbaycan yığmasının heyətində 120 kq çəki dərəcəsində Avropa çempionu olub.