Ölkəmizdə səfərdə olan amerikalı güləş mütəxəssisləri sentyabrın 29-da Astaraya yollanıb.
Fanat.Az xəbər verir k, sərbəst güləş üzrə 2 qat olimpiya, 4 qat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının 2 qat bürünc medalçısı Seli Roberts Astara Olimpiya İdman Kompleksində yeniyetmə idmançılarla görüşüb.
Kompleksin direktoru, qadınlardan ibarət millinin sabiq baş məşqçisi Aslan Ağayev güləşçilərə qonaqlar haqqında məlumat verib və onların karyeralarından danışıb. Daha sonra nəzəri və praktiki məşğələ baş tutub. Təxminən 2 saat davam edən master-klas zamanı amerikalı mütəxəssislər müxtəlif fəndlərin effektiv formada icrasını nümayiş etdirməklə yanaşı, öz tövsiyələrini güləşçilərin diqqətinə çatdırıblar.
Qeyd edək ki, mütəxəssislərin növbəti master-klası Gəncədə baş tutacaq.