İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın daha üç sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
İntiqam Vəlizadə (61 kq) təsnifatda Şri-Lanka təmsilçisi Rajapakşa Samaradivikara ilə üz-üzə gələcək. Hacımurad Hacıyev (74 kq) eyni mərhələdə kolumbiyalı Joan Sebastyan Serna Rodriqesi, Vaxit Qalayev (125 kq) 1/8 finalda bolqar Georgi İvanovu sınağa çəkəcək.
Bu gün həmçinin üç güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. İslam İlyasov (97 kq) birbaşa üçüncülük duelinə çıxacaqsa, Tofiq Əliyev (57 kq) və Kənan Heybətov (70 kq) əvvəlcə təsəlliverici görüşlərə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (72 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş medal qazanıblar. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (68 kq) gümüş mükafata sahib çıxıb. Mundiala oktyabrın 23-də yekun vurulacaq.