14:39 24.10.2022 629

"Hədəf kubokdur, başqa variant yoxdur" - Açıqlama

"Dünya Kubokunda hədəf birincilikdir, başqa variant yoxdur".

Bunu Fanat.Az-a açıqlamasında 5-6 noyabrda Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıqla bağlı danışarkən Azərbaycan millisinin məşqçisi Həsən Əliyev deyib. 

33 yaşlı sabiq dünya və Avropa çempionu yığmanın heyətində hazırda ciddi narahatlıq olmadığını bildirib: 

"Yüngül zədəsi olanlar var. O da demək olar, hər yarışqabağı olur.  Bu yarış Azərbaycanda ilk dəfədir keçirilir, bir tarixdir.  Yığmadakı gənclər özünü sübut etmək istəyir, dünya çempionatında medalsız qalan Rafiq Hüseynov və Sənan Süleymanov kimi təcrübəli idmançılar isə həmin uğursuzluğu bu yarışda unutdurmaq istəyində, əzmindədirlər".

Əliyev milli komandamızın əsas rəqiblərinin adını açıqlayıb:

"Birincilik mübarizəsi üç komanda arasında gedəcək. Bunlar biz, Türkiyə seçməsi və dünya yığmasıdır. İrandan fərqli olaraq, Türkiyə yarışa əsas heyətlə gəlib. Dünya yığmasında da kifayət qədər güclü güləşçilər yer alıb. Onlardan dünya yığması ilə eyni qrupdayıq, finala doğru onlarla çətin görüşümüz olacaq. Hədəf yalnız birincilikdir, başqa variant yoxdur. Komandanın potensialı buna tam imkan verir. Yarışda əsasən yığmanın bir nömrələri güləşəcək. Dünya Kubokunda iki kilo artıq çəkiyə də imkan verilir deyə, düşünürəm, elə bir problem olmayacaq. Sadəcə, 87 kiloda bir nömrəmiz olan İslam Abbasovun olmaması təəssüf doğurur".

Məşqçi 23 yaşadək güləşçilərin son dünya çempionatında əldə olunan nəticə barədə də danışıb:

"Altı idmançıya üç medal - bir qızıl, iki gümüş yaxşı nəticə hesab oluna bilər. Üç final bu yaş qrupunda ölkəmiz adına yeni tarix idi. Uduzan idmançıların da rəqibləri qarşısında imkanları az deyildi, özlərinə daha çox inansaydılar, qələbə qazana bilərdilər".

Qeyd edək ki, Dünya Kubokunda 6 yığma mübarizə aparacaq. Komandalar iki qrupa bölünəcək. A qrupunda Türkiyə, İran, və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya və dünya yığması mübarizə aparacaq. Qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X