Dünya Karate Federasiyası (WKF) idmançılarının reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ilk "10-luq"da beş Azərbaycan karateçisi yer alıb.
İkiqat dünya və Avropa çempionu İrina Zaretska (68 kq) öz çəki dərəcəsində liderdir. Asiman Qurbanlı (+84 kq) üçüncü, Mədinə Sadıqova (55 kq) və Tural Ağalarzadə (67 kq) səkkizincidir. Əminağa Quliyev (60 kq) "onluğ"u qapayır.
Beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev (75 kq) isə ötən il "Karate Kombat"dakı çıxışına görə bir çox turnirləri buraxdığından, reytinqdə geriləyib. 37 yaşlı karateçi hazırda 17-ci yeri tutur.