Azərbaycan karateçiləri iyunun 21-də Krakovda (Polşa) start götürəcək III Avropa Oyunlarına 8 lisenziya qazanıblar.
Fanat.Az xəbər verir ki, ötən həftə keçirilən Avropa çempionatının yekunlarına əsasən, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıxova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yarışlarda iştirak hüququ əldə ediblər.
Xatırladaq ki, AÇ-də Zaretska və Əliyeva gümüş, Ağalarzadə və Ağayev isə bürünc medal qazanıblar.