Mayın 12-14-də Rabatda (Mərakeş) karate üzrə Premyer Liqanın ikinci turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı yarışda yalnız bir idmançı təmsil edəcək. Turnirdə ikiqat dünya çempionu, Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Zaretska bu il Qahirədə keçirilən Premyer Liqanın ilk mərhələsində bürünc medal qazanıb və Qvadalaxarada Avropa çempionatının gümüş mükafatçısı olub.