Qadınlardan ibarət karate üzrə Azərbaycan yığmasının lideri İrina Zaretska (68 kq) Premyer Liqanın növbəti turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, seriyanın üçüncü mərhələsi 9-11 iyun tarixlərində Fukuokada (Yaponiya) baş tutacaq.
Kişilərin yarışında isə Fərid Savadov (60 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Rabatda (Mərakeş) keçirilən əvvəlki Premyer Liqa turnirində Zaretska qızıl medal qazanıb.