Azərbaycanın iki karateçisi Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində medal qazanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb.
61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb. Birinciliyi bayram edən Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.