"Oyama” Döyüş Növləri İdman Klubunun keçirdiyi turnir başa çatıb.
Fanat.az xəbər verir ki, bu turnir 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.
Ötən ay Azərbaycan çempionu adını qazanmış Rəsul Əfəndiyev üçün bu dəfəki turnir də uğurlu keçib. "Katana” klubunun yetirməsi olan Rəsul 26 kq çəkidə qızıl medal qazanıb. Karatenin Kyokuşin növü üzrə yarışan Əfəndiyev bütün rəqiblərinə qalib gəlib.
"Katana” klubun digər yetirmələri də turnir də uğurla çıxış ediblər. Rəsul Əfəndiyevlə yanaşı Səid Abdulllayev, Tahir Məmmədov, İsmayıl Şərafətdin, Güllü Əhmədova qızıl medala layiq görülüblər. Barış Həsənli, Valeh Əhmədov, Fuad Məmmədov, Ayxan Dadaşov gümüş medal qazanıblar. Rəşid Rəşidovla Tahir Tahirov 3-cü olublar.