10:49 26.12.2020 1629

“Kərbəladan gətirdiyim kəfənimi geyinib döyüşə getmişdim” - FOTOLAR

Yusif Əhmədovu indiyə kimi idmançı kimi tanıyırdıq. Kempo-karate idman növü üzrə 4 qat dünya, 2 qat Avropa çempionu, (Heydər Əliyev kəmərinin sahibi) əməkdar idman ustasıdır. 44 günlük Vətən müharibəsi isə bizə onu həm də qəhrəman döyüşçü kimi tanıtdı. Oktyabrın 20-dən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə o da qoşulub. Füzulidən başlayan döyüş yolu Xocavəndə qədər davam edib.

"Qafqazinfo” hazırda müalicə alan İkinci Qarabağ müharibəsi qazisi ilə söhbətləşib.

"Cəbhəyə getmək üçün Səfərbərlik Xidmətinə 4 dəfə müraciət elədim, nəhayət, oktyabrın 20-də apardılar. Füzulidən döyüşə başladıq, Qacar və digər kəndlərin alınmasında iştirak etdik. Xocavəndə qədər gedib çıxdıq.

Noyabrın 5-6-da Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişik və orada maşınımız minaya düşərək 11 metrlik təpədən aşağı yuvarlanıb. İki şəhid verdik, 9 yaralımız oldu.

Mən də ağır yaralıların içərisində idim. Sağ ayağımda sınıq, sümükdən aralanma, sağ və sol bel fəqərələrimdə sınıqlar var, sinir sistemim zədələnib, beyin silkələnməsi nəticəsində gözlərim zəifləyib. Hazırda səhhətim yavaş-yavaş yaxşılaşır. Düzəlməsə də, həkimlər çalışır ki, qaydasında saxlasınlar, bundan sonra pisləşməsin”.



Yusif Əhmədov deyir ki, idmançı olmağın döyüşdəki əsas üstünlüyü  özünü daha dözümlü, səbirli apara bilməklə bağlıdır. Onun sözlərinə görə, peşəkar idmanla məşğul olması, xüsusən fiziki baxımdan çox köməyinə çatıb.

"Mən kəşfiyyatda, "həmlə” taborunda idim. Bu taborda birbaşa döyüşdəsən, fiziki-taktiki hərəkətlərdə çox diqqətli olmalısan, döyüşü özün qurmalısan. Necə ki, rinqlərdə, tatamilərdə öz döyüşümüzü qurmuşuq, orada da çalışdıq ki, döyüşümüzü quraq. Mən tatamidə erməni idmançı ilə döyüşmüşəm və 4 dəfə onu "nakaut” eləmişəm. Bir dəfə Rusiyada bir rus idmançı mənə demişdi ki, "siz balaca ölkə olsanız da, çox cürətli, cəsarətlisiniz. Amma o cəsarətinizi ermənilərin üzərində göstərə bilməmisiz”. Bu, böyük damğa idi və mənə çox pis təsir etmişdi. Mən də döyüşlərə qatıldım, şükürlər olsun ki,  üzərimizdən həmin o damğanı götürdük”.

Qazi deyir ki, elə yarışlarda olduğu kimi döyüşdə də ermənilərin zəifliyinin şahidi olub. Onlar bizim döyüşçülərin əzmi qarşısında tab gətirməyərək silahlarını atıb qaçıblar.

Y. Əhmədova çempion kimi daim bayrağımızı yüksəkdə görmək tanış hisdir. Qazimiz deyir ki, torpaqlar işğaldan azad olunduqca ora öz bayrağını sancmaq isə insanda tamam başqa duyğular yaradır:



"Yarışda himn çalınanda insanın özündən asılı olmayaraq gözündən yaş gəlir. Macarıstanda, Almaniyada, Fransada və digər ölkələrdə qalib gələrkən ağladığım videolar var. Bu ölkələrdə məni heç kim tanımır,  o qalxan bayrağın, oxunan himnin hansı ölkəyə aid olduğu ilə maraqlanırlar. Bu da insanı çox qürurlandırır. Amma bu meydan isə qeyrət meydanıdır. Yarış meydanında öz ölkəni göstərirdin, döyüş meydanında isə öz ölkənin qeyrətini göstərirsən. Ölkəmizin qüruru burada milyon dəfə yüksəkdir. Torpaq bizim qeyrətimizdir, biz onu geri qaytarmasaq, mən nə qədər yarışlarda iştirak edib bayraq qaldırsam da, heç bir əhəmiyyəti yoxdur”.

Vətən müharibəsi qazisi döyüşə şəhid olmaq üçün getdiyini deyir: "Kərbəladan gətirdiyim kəfənimi geyinib döyüşə getmişdim. Mən şəhid olmaq üçün getmişdim, çünki torpaq uğrunda ölmək şəhidlikdir. Bundan gözəl bir şey yoxdur. Xoş o şəhidlərimizin halına! Bu gün yaralansam da, ağrılarla sızlasam da, şəhidlərimizə qibtə edirəm.

Şəhidlər xiyabanına gedirəm, boş qəbir yerlərinə baxıb ağlayıram...”

Qazi deyir ki, müharibədə döyüşçü yoldaşlarında gördüyü əzm, Vətən sevgisi ona həmişə böyük ruh verib. Günlərlə ac qalsalar da, heç kim dayanmaq haqqında düşünməyib. Döyüşən hər bir əsgər ancaq irəli getməyi düşünüb və bugünkü qələbəmizin özəyində məhz bu dayanır.
 



Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X