16:52 06.08.2021 4136

Tokio 2020: Rafael Ağayev gümüşlə kifayətləndi - YENİLƏNİB

Azərbaycan karateçisi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarında finalda italiyalı idmançı Luici Busa ilə qarşılaşıb. 
 
Fanat.Az xəbər verir ki, rəqibinə uduzan təmsilçimiz olimpiadanın gümüş mükafatı ilə kifayətlənib. 
 
Bu Azərbaycan komandasının Tokio 2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalıdır. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş avqustun 7-də olacaq.
 
***
 
Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan karateçisi macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
 
*** 

Rafael Ağayev B qrupundakı sonuncu döyüşündə italiyalı Luici Busa ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, qrupda ilk yeri Busa, ikinci yeri isə Ağayev tutub. 

Ən azı bürünc medalı təmin edən idmançımız yarımfinalda A qrupunun birincisi Qabor Harspataki (Macarıstan) ilə üz-üzə gələcək.
 
***
 
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

75 kq-dakı idmançımız B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Ağayev vaxtından əvvəl yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib. O, qrupdakı sonuncu görüşünü italiyalı Luici Busaya qarşı keçirəcək.
 
***
 
Karateçimiz Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionumuz B qrupundakı ikinci döyüşündə Avstraliya idmançısı Çuneari Yahironu məğlub edib - 5:0. 
İlk döyüşündə Noa Biçi (Almaniya) udan Rafaelin digər döyüşləri  Nurkanat Ajikanov (Qazaxıstan) və Luici Busaya (İtaliya) qarşı olacaq.

Qruplarda ilk iki yeri tutanlar yarımfinala adlayacaq. Final uğrunda bir qrupun birincisi ilə digərinin ikincisi üz-üzə gələcək. Yarımfinalda uduzanlar Olimpiya Oyunlarının bürünc medalını boynundan asacaq.

Qalib və mükafatçıların adına gün ərzində aydınlıq gələcək.

Kişilərin kumite yarışlarına 12:00-da start verilib. Yarımfinallar təxminən 15:22-də başlayacaq.

Kişilər, 75 kq

B qrupu

Rafael Ağayev - Noa Biç (Almaniya) 2:1
Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya) 5:0
Rafael Ağayev - Nurkanat Ajikanov (Qazaxıstan) 3:2
Rafael Ağayev – Luici Busa (İtaliya) 1:3
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X