Yanvarın 9-da Fövqaladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində Böyüklər arasında 29-cu respublika çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, fərdi kata çıxışlarından əlavə kumite yarışlarında kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Respublika çempionatının təntənəli açılış mərasimi saat 16:00-da keçiriləcək. Qalib və mükafatçılar Azərbaycan Karate Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlarla mükafatlandırılacaq.