Yanvarın 21-də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri start götürəcək.
AMKF-nin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir.
Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.
Turnir yanvarın 23-də başa çatacaq.