Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev rəqiblərinə ismarış göndərib.
Fanat.Az xəbər verir ki, tanınmış idmançı bu barədə "Instagram" hesabında paylaşım edib. O, "Darıxmayın, 75 kq çəki dərəcəsində olanlar. Tezliklə tatamiyə gələcəyəm" yazıb.
Qadınlardan ibarət karate millisinin üzvü, ikiqat dünya çempionu İrina Zaretska həmin posta "Səni gözləyirik" şərhini yazıb.
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərindəki Premyer Liqaya öz istəyi ilə yollanmayıb. İdmançı Olimpiadadan sonra yalnız "Karate Combat"da mübarizə aparıb və macarıstanlı Jolt Habda ilə görüşünü qələbə ilə başa vurub.