Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər liqasını 4 medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, mükafatlardan ikisi qızıl, ikisi gümüş olub.
Qızıl medallara Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U14) sahib çıxıblar. Gümüş mükafatları isə 14-15 yaşlı yeiyetmələrin yarışında Rəşid Süleymanov (-70 kq) və Rahib Əzim (70+ kq) qazanıblar.
Gənclər liqasında 51 ölkədən ümumilikdə 1612 karateçi iştirak edib.