Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq.
Kişilərin kumite yarışında Sultan Hüseynov, Əminağa Quliyev (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hamısı 67 kq) və Fərid Ağayev (75 kq) tatamiyə çıxacaq.
Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 karateçi qatılıb.