ABŞ-da "Karate Combat" üzrə növbəti turnir keçirilib.
Fanat.Az xəbər verir ki, turnir çərçivəsində 10 döyüş baş tutub.
Onlardan birində Azərbaycan karateçisi Elvin Ağayev arenaya çıxıb. Ağayev ABŞ-dan olan Çeyl Kalaveylə qarşılaşıb.
Duelın üçüncü raundunda təmsilçimiz rəqibini texniki nokautla məğlub edib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanı "Karate Combat"da Rafael Ağayev və Şahin Atamov təmsil edib.