Azərbaycanlı kikboksçu Ramal Aslanov iki illik fasilədən sonra ilk döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, "Lord” ləqəbli dünya və Avropa çempionu peşəkar rinqə qayıdışını qardaş ölkə Türkiyədə gerçəkləşdirib. Döyüş gecəsi Litvanın KOK (King of Kings) təşkilatının turniri çərçivəsində baş tutub ki, Ramal Liviya əsilli Mousa Masoudla qarşılaşıb.
İdmançımız elə ilk raundda rəqibinə texniki nokautla qalib gəlib.
Qeyd edək ki, "Lord Ramal" kimi tanınan idmançımız peşəkar rinqdə 42 rəsmi döyüş keçirib. Onlardan 13-ü nokautla olmaqla, 37-də qələbə qazanan Ramal Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.