Azərbaycan Kiboksinq Federasiyasında yeni təyinat olub.
Fanat.Az Bakusport-a istinadən xəbər verir ki, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası" Ramal Aslanov federasiyanın idarə heyətinin sədri Adil Əliyev və prezident Orxan Əliyev tərəfindən federasiyanın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Sayta danışan kikboksçu fikirlərini bölüşüb: "Mən həm Adil müəllimə, həm Orxan müəllimə, həm də bütün kikboksinq ailəsinə təşəkkürümü bildirirəm. Bu vəzifə mənim üçün böyük məsuliyyətdir. İşimin öhdəsindən layiqincə gələcəyimə şübhəm yoxdur".
Ramal Aslanovun məşqçisi, "Əməkdar məşqçi" Hikmt Hacıyev də bu xəbərə ən az Ramal qədər sevindiyini bildirib: "Xəbəri eşidəndə çox sevindim. Ramal buna layiq insandır. Bu, federasiyanın Ramala göstərdiyi dəyərdir. Əminəm ki, Ramal bu vəzifənin öhdəsindən uğurla gələcək".