Azərbaycan kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, "Qəbələ" İdman Klubunun 27 yaşlı üzvü Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib. Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qalib gəlib – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28).
Beləliklə, Nəbiyev “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı qələbəsini qazanıb.