Oktyabrın 15-dən 24-dək İtaliyanın Yezolo şəhərində kikboksinq (WAKO) üzrə dünya çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 qızıl, 4 gümüş, 4 bürünc medalla başa vurub.
Millimiz "low kick" versiyası üzrə 63 ölkənin yığması arasında 5-ci yeri tutub. Bu versiyada 1 qızıl, 3 gümüş və 1 bürünc mükafat qazanan komandamız Serbiya, Rusiya, Xorvatiya və Türkiyədən geri qalıb.