22:07 01.10.2022 857

AKF prezidenti: "Dünya çempionatında 7-8 qızıl medal hədəfləmişik"

"Ötən il yeniyetmə və gənclərin Avropa çempionatı bizim üçün uğurlu olmuşdu. Monteneqroda 17 medal qazanmışdıq. Bunlardan 5-i qızıl, 5-i gümüş və 7-si bürünc medal idi”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.

O qeyd edib ki, 3-8 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclərin dünya çempionatına AKF 47 nəfərlik heyətlə yola düşüb. Bunlardan 38-i idmançı, altısı məşqçi, biri hakim, biri vitse-prezident və biri baş katibdir.

O.Əliyev dünya çempionatında medal gözlədiyi idmançıların adlarını açıqlayıb:

“İnşallah, bu il nəticəni daha da yaxşılaşdırıb ən azı 7-8 qızıl medal almağı hədəfləyirik. Medal gözlədiyimiz idmançılar sonuncu İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Amil Məmmədov, həmin yarışın iştirakçısı Mahmud Hüseynov, gənclər arasında dünya və Avropa çempionu Amin Quliyev, Elvin Məmmədov, Ramal Zeynallı, Vüqar Məmmədov, Sübhan Məmmədov, Nicat Ələkbərli və Elnur Mustafayevdir. Onlar gənc olsalar da, artıq təcrübəli idmançılardır”.

AKF prezidenti noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək böyüklərin Avropa çempionatı ilə bağlı da fikirlərini bölüşüb:

“Ora da tam heyətlə getməyi düşünürük. Artıq Azərbaycan yığması ilk “3-lük”də yer alır. İnanıram ki, Avropa çempionatında da yeni çempionların adlarını eşidəcəyik. Yığma komandada təcrübəli dünya və Avropa çempionları ilə yanaşı, artıq illərdir millinin şərəfini qoruyan idmançılarımız var. Bunlardan Elxan Əliyev Avropa ikincisi və İslamiadanın bürünc medalçısı olub. Ondan bu il qızıl medal gözləyirəm. Camal Məmmədov da illərdir dünya və Avropa çempionatlarında gümüş medal qazanır. Onun bu dəfə medalın əyarını qızıla çevirəcəyinə inanıram. Gənclər arasında dünya və Avropa çempionu, perspektivli idmançılardan olan Məhəmməd İmanovdan da böyüklər arasında qızıl medal gözləyirəm”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X