15:33 09.11.2022 327

Azərbaycan kikboksçuları Avropa çempionatına hazırlaşır

Kikboksinq üzrə Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yığma millisi ilin son yarışına hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir.

Qarşıdakı qitə çempionatı 2023-cü il 21 iyun - 2 iyulda Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində təşkil olunacaq III Avropa Oyunlarına, eləcə də gələn il 5 - 14 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq III Ümumdünya Kombat Oyunlarına lisenziya verir. "Full contact" üzrə 5, "Low kick" üzrə 6 çəki dərəcəsi üzrə lisenziya döyüşləri keçiriləcək. "Full contact"da "8-liy"ə düşənlər Avropa Oyunlarına, "Low kick"də "4-lüy"ə düşən idmançılar isə Ümumdünya Kombat Oyunlarına lisenziya qazanacaq.

Milli komanda ilə məşq edən heyətdə ötən ay gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Amin Quliyev və Elvin Məmmədov da var. Onlar üçün bu Avropa çempionatı böyüklərin yarışında debüt olacaq.

Hazırlıq prosesini dəyərləndirən Elşən Abdulrəhimov milli komandanın Avropa çempionatı üçün son məşqlərini keçdiyini bildirib: "Hədəfimiz həm Avropa Oyunları və Ümumdünya Kombat Oyunlarına lisenziya qazanmaq, həm də Avropa çempionatından Vətənə qızıl medalları gətirməkdir. Yarışda ölkəmiz 40 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Bunlardan 5-i məşqçi, 35-i idmançıdır. Nümayəndə heyətinin rəhbəri federasiyanın I vitse-prezidenti Ramal Aslanov olacaq. O özü də "Full contact"ın 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Bu çəki həm də Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda həmçinin 2 qadın və 2 veteran idmançı ilə də təmsil olunacağıq. Veteranlardan biri tanınmış kikboksçumuz Eduard Məmmədov olacaq. Artıq Eduardın veteranlar arasında 3 dünya çempionluğu var. İndi o, veteranlar arasında Avropa çempionu olmağa çalışacaq".

Milli komandanın böyük məşqçisi Telman Məhərrəmov bu yarışdan da böyük nəticələr gözlədiklərini gizlətməyib: "Nəticələrin bizim üçün önəmi var. Çünki bəzi çəki dərəcələri Avropa Oyunlarına, bəziləri də Ümumdünya Kombat Oyunlarına lisenziya verəcək. Ümumilikdə Avropa çempionatı hər bir idmançıya reytinq xalı qazandırır. Burada yaxşı nəticə göstərənlər növbəti il keçiriləcək dünya çempionatına yüksək reytinqlə daxil olur və ilk döyüşlərdə nisbətən zəif rəqiblərlə qarşılaşmaq imkanı əldə edirlər. Neçə medal qazanacağımızla bağlı proqnoz vermək istəmirəm. Amma gənclərin son dünya çempionatı göstərdi ki, kikboksinq Azərbaycanda inkişafdadır. Ümid edirəm ki, bu Avropa çempionatında rekord nəticə göstərəcəyik. Yarış qardaş ölkədə keçirildiyi üçün İslam Həmrəyliyliyi Oyunlarında olduğu kimi, burada da özümüzü yad hiss etməyəcəyik".

Kikboksçu Camal Məmmədov qitə çempionatına yüksək səviyyədə hazırlıq getdiyini və hər şeyin qaydasında olduğunu vurğulayıb: "Məqsədimiz Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmaqdır. 2019-cu ildə Antalyada keçirilmiş dünya çempionatında və bu il Konyadakı İslamiadada finalçı olmuşam. Ümid edirəm ki, bu dəfə Türkiyədə medalın əyarını dəyişib Avropa çempionu olaram".

Yığmanın digər üzvü Rəhim Əliyev isə İslamiadada gümüş medal qazandığını xatırladıb: "Onda qızıl medal qazanmaq qismət olmamışdı. Bu dəfə də yarış Türkiyədə keçiriləcək. İnanıram ki, bu dəfə qızıla sahib çıxaram".

Qeyd edək ki, Avropa çempionatı 14 - 19 noyabrda keçiriləcək. Milli komanda Türkiyəyə noyabrın 12-də yola düşəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyun 2024
21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

17:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

12:46

Azərbaycan yığması son oyununu keçirəcək

12:22

"Kuboku əldən vermək qorxusu da var" - Ançelotti

11:58

Terziç finaldan öncə belə danışdı

11:27

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

10:50

Çempionlar Liqasında qalib müəyyənləşir - YENİLƏNİR

10:19

Ronaldu göz yaşlarına hakim ola bilmədi - FOTO

10:00

Pulsuz mərc gəldi

09:30

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

Facebookdan bizi izləməyi unutmayın.
X