14:33 13.02.2023 773

Milli ruhlu "Qarabağ" və milli naminə! 

Azərbaycanlı futbolsevərlərin səbirsizliklə gözlədiyi gün yaxınlaşır. Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə üz-üzə gələcək ağdamlılar ilk oyununu fevralın 16-da Bakıda keçirəcək. Rəqibini "Tofiq Bəhramov"da qəbul edəcək "köhlən atlar"ın yeni tarix yazmaq şansı yetərincə realdır və təmsilçimizin potensialına uyğun oyun sərgiləyəcəyi halda, işinin öhdəsindən gələcəyinə inam böyükdür.

Əlbəttə, Qurban Qurbanovun komandasının heyətlə bağlı problemləri də var. Həm də Azərbaycan yığmasının əsas qapıçısı olan Şahruddin Məhəmmədəliyevin qolu sındığı üçün azı mayadək komandaya kömək edə bilməyəcəyi dəqiqdirsə, Kadi və Ovusu Kvabena kimi legionerlə də bu qış bölgə təmsilçisini tərk edib. Doğrudur, "Qarabağ" satdıqlarının əvəzinə yeni əcnəbilər transfer edib və heyətə qatılan futbolçular gedənlərdən daha ciddi perspektiv vəd edir. Ancaq İstər Adama Diakabi, istər Yassin Benzia, istərsə də Redon Cicanın komandaya tam uyğunlaşması üçün müəyyən zamana ehtiyac var. Digər tərəfdən, son iki çempionat matçında qollu heç-heçələrlə kifayətlənən "köhlən atlar"ın ən yaxşı formasını yığmadığı da faktdır. Yəni "Gent" keçilməz komanda olmasa da, mövcud vəziyyət olduqca önəmli birinci qarşılaşmaya daha həssas yanaşma tələb edir.

Şübhəsiz, məhz ilk qarşılaşmanın nəticəsi cütün taleyi baxımından xüsusi əhəmiyyət daşıyacaq. Səfər qolu qaydası çoxdan ləğv edilsə də, Şahruddinsiz qalan Ağdam komandasının ev oyununda ümumi üstünlüyə yiyilənməsi, necə deyərlər, işin böyük hissəsini "doğma divarlar arası"nda görməsi böyük şərtdir. "Qarabağ"ın baş məşqçisinin qitəmiqyaslı turnirlərdə yaxşı təcrübə topladığını, "Gent"dən də güclü rəqibləri məyus etmiş mütəxəssis olduğunu bilirik. Lakin qonaqların Bakıda necə görünəcəyinə və Belçikaya hansı hansı nəticə ilə dönəcəyinə həm də stadiondakı ab-hava təsir göstərəcək. İllərdir Avropa səhnəsində Azərbaycan futbolunu layiqincə təmsil edən ağdamlıların möhtəşəm azarkeş dəstəyi altında daha parlaq performansla diqqət çəkdiyini hamımız görmüşük.

Sevindirici məqam budur ki, oyunda yenə anşlaq gözlənilir. Artıq satışa çıxarılan 31 min biletin 1/3 hissəsi sahibini tapıb. Tribunalarda boş yer qalmamalı, ölkə futbolunun tarixini əvvəllər şirin yuxu sayılan hədəflərə çatmaqla zənginləşdirən "Qarabağ" Şahruddinin, Kadinin, Ovusunun yoxluğunu tərəfdarların dəstəyi sayəsində hiss etdirməməlidir. Unutmayaq ki, Qurbanov və yetirmələri bu pley-offdan üzüağ çıxmağı bacarsa, Azərbaycan millisi də martdakı ağır matçlar ərəfəsində xüsusi motivasiya qazanacaq. Canni De Byazinin komandasının AÇ-2024-ün seçmə mərhələsinin ilk iki matçında - Avstriya və İsveçlə çətin səfər qarşılaşamalarında özünü yaxşı tərəfdən göstərə bilməsini arzulayanlar öz üzərinə düşəni etməli, havanın necəliyindən asılı olmayaraq "köhlən atlar"ı stadiondan dəstəkləməyə can atmalıdır. Milli ruhlu "Qarabağ" və milli naminə!  

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X