12:51 15.02.2023 687

"Qarabağ" "Gent"ə qalib gələcək" - Aslan Kərimovdan proqnoz

Sabah "Qarabağ" Konfrans Liqasının 1/16 final mərhələsində Belçika təmsilçisi "Gent" ilə qarşılaşacaq. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "Qarabağ"ın Belçika klubuna qarşı oyunda şanslarını dəyərləndirib:

"Gərgin oyun gözləyir bizi. "Qarabağ" meydana optimal heyətlə çıxa bilər. Düzdür, Kadi, Ovusu olmayacaq, amma onları əvəz edəcək oyunçular var. Sonuncu - "Sabah"la matça baxanda əsas heyəti seçmək mümkündür. Bir qapıçı mövqeyi sual doğurur. Qurban Qurbanovun qapıya Luka Quqeşaşvili, yoxsa gənc qapıçı Amin Ramazanovu qoyacağını təxmin etmək çətindir. Amma belə qənaətə gəlmək olar ki, "Sabah"la oyundakı heyət "Gent"lə matçda da meydana buraxılacaq. Mənə elə gəlir ki, çərçivəni də elə gənc qapıçıya həvalə edəcəklər. 

Düşünürəm ki, "Gent" Bakıda daha çox ikinci nömrə ilə oynamağa başlayacaq. Düzdür, daxili çempionatlarında son oyunlarını izləyə bilməmişəm. Amma ona qədər baxdığım matçlarda gördüyüm qədərilə beşli müdafiə ilə oynamağa üstünlük verirlər. 3 mərkəz müdafiəçi ilə oynayıb, daha çox əks-hücumlara cəhd edirlər. Məncə, Bakıda da bu üslubla çıxış edəcəklər.

"Qarabağ"ın üstün tərəflərindən biri odur ki, bu cür müdafiə olunan komandaları cinahlardan yarmağa çalışırlar. Cinahlarda individual oyunçulardan olan Abdullah Zubirdir. Hücumun sivri ucunda Musanı, Diakabini cinaha, önə Ramil Şeydayevi də buraxa bilər. Hər-halda yekun qərarı məşqçilər korpusu oyunöncəsi son məşqdə konkretləşdirə bilər. Buradan mənim üçün nəsə demək çətindir. "Sabah"la matçda hücumun sivri ucunda Musa Qurbanlı ilə başlamışdılar. Ola bilsin ki, elə "Gent"lə də oyuna belə heyətlə çıxsınlar.

Belə oynayacaqları halda Musanın da qol vurmaq şansı olacaq. Zəif tərəflər əlbəttə ki, standart vəziyyətlərdə olacaq. Bu cür oyunlarda qapıçı təcrübəsi də önəm kəsb edir. "Sabah"la görüşdə qapıçının kobud səhvi vardı. Ümid edirəm ki, "Gent"lə oyunda bu səhvlər olmayacaq. Amma istənilən halda "Qarabağ" üçün problemlərdən biri qapıçı mövqeyi ola bilər. Ancaq "Qarabağ" ilk oyunda rəqibə məğlub olmayacaq, əksinə qalib gələcək. Çünki "Gent" istər-istəməz Bakıda biraz çəkinərək oyun nümayiş etdirəcək. Və çəkinən rəqibə qarşı "Qarabağ" hər zaman daha atraktiv oynamağı bacarıb. Öz meydanında azarkeş dəstəyi də olacaq. Rəqibi qapının önünə sıxa biləcəyik. Qapının önündə sıxılmış rəqibə qol vurmaq bacarığı olan oyunçularımız var. Ən azından Zubirin də, Musanın da bu basqıdan istifadə edib qol vurmaq şansları var. Məncə, bu oyunu qələbə ilə bitirə biləcəyik".

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.

Röya 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X