Slovakiyanın “Dunaysko Streda” klubunun baş məşqçisi Xisko Munyos UEFA Konfrans Liqasında "Zirə"ylə cavab oyunundan (1:2) sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, "Zoznam TV" ispaniyalı mütəxəssisin şərhini belə təqdim edib:
"Zirə”ni təbrik edirəm. Əslində, onların çıxışına təəccüblənmədik. Azərbaycan komandasının “Şerif”lə matçlarda da ustalığını, keyfiyyətini görmüşdük. Bizimlə oyunlarda da bunu maksimum dərəcədə göstərdilər. Etiraf etməliyəm ki, qəqib bizdən daha yaxşı idi, topla sürətli işləyirlər. Düzdür, şanslarımız var idi, ancaq buraxdığımız iki səhv həlledici oldu. Qonaq komanda bu səhvləri bağışlamayıb bizi cəzalandırdılar. Bu itkilərdən dərs alıb, inkişaf etməliyik. Öz çempionatımızda uzun yolumuz var".
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.