
"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) oyun üçün səfər planları dəqiqləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib.
İyulun 23-də gecə saatlarında Moldovaya yollanacaq Masazır təmsilçisi "İbis Styles Chisinau Hotel"də məskunlaşacaq. Azərbaycan komandasının baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı yerli vaxtla saat 18:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da keçiriləcək.
Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflərin cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da olacaq. İkinci görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Nihat